Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Şəmkirdə baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Lent.az xəbər verir ki, qətlə yetirilən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbə sakini 1993-cü il təvəllüdlü Tural Abdullayev 3 il əvvəl Bakı şəhərində restoranların birində hadisəni törədən Sənan Əsgərovun qızı T.
Əsgərova ilə tanış olub. Bundan sonra onlar qeyri rəsmi olaraq birlikdə yaşayıblar.
Bir müddətdən sonra cütlüyün arasında narazılıq olub və cütlük ayrılıb. Ayrılandan sonra Tural Abdullayev T.
Əsgərovanın videolarını "TikTok"da paylaşıb. Buna qəzəblənən T. Əsgərova atasının yaşadığı Şəmkir rayonunun Sarıtəpə kəndinə gəlib.
2 gün əvvəl isə mərhum Tural Abdullayev Sarıtəpə kəndinə gələrək T.
Əsgərovaya bildirib ki, paylaşdığı videoları silib və onlar yenidən barışıblar.
Bundan sonra Tural Abdullayev bir gün də qayınatasıgildə qonaq qalıb.