Şəmkirdə toyda düşən mübahisə bıçaqlanma ilə bitdi

12.10.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1996-cı il təvəllüdlü Ramin Əmrahov bıçaq xəsarəti ilə xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə, adıçəkilən şəxsi onun qonşusu 1993-cü il təvəllüdlü Samir Abdullayev bıçaqlayıb. İlkin məlumata görə, tərəflər bir gün öncə Şəmkirdə keçirilən toy mərasimində iştirak ediblər. Onlar arasında mübahisə düşüb. Səhəri gün adıçəkilən şəxslər mübahisəni aydınlaşdırmağa çalışıblar və bu zaman bıçaqlanma hadisəsi baş verib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью