Şəmkirdə və Lənkəranda yanğın oldu

05.02.2025

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Şəmkir rayonunda ümumi sahəsi 40 m² olan metal konstruksiyalardan ibarət qazanxananın içərisində həcmi 1,5 ton olan çəndə yağ qalıqları, bitişik ümumi sahəsi 1 hektar olan istixananın polietilen üzlüyü 50 m² sahədə və 1 ədəd generator qismən yanıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Lənkəran şəhərinin Şağlaser kəndində ümumi sahəsi 40 m² olan tövlənin yanar konstruksiyaları 30 m² sahədə və içərisinə yığılan 1,5 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Zaqatala rayonunun Qımır kəndində ümumi sahəsi 180 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə və damında yığılan 5 ton ot bağlaması yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью