Şəmkirdə yaşayış evinin zirzəmisində yanğın olub FOTO

07.01.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakininə məxsus fərdi yaşayış evinin zirzəmisində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülərək evin qalan hissəsi yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью