Şəmkirdə yeniyetmə Kürdə batıb, vəziyyəti ağırdır

29.07.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Şəmkirdə yeniyetmə Kür çayında batıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakini, 2010-cu il təvəllüdlü C.Tağlı atası ilə birlikdə Kür çayında çimən zaman suda batıb. Yeniyetmə ətrafdakı şəxslərin köməyi ilə sudan çıxarılaraq xəstəxanaya çatdırılıb.

Xəstəxanadan APA-ya bildirilib ki, C.Tağlının vəziyyəti ağırdır.

Məlumata görə, 16 yaşlı yeniyetmə atası ilə birlikdə istirahət məqsədilə Kür çayının sahilinə gəlibmiş.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью