Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Şəmkir rayonunda 13 yaşlı yeniyetmə qıcolmadan ölüb.
APA xəbər verir ki, 2013-cü il təvəllüdlü Y.M. yaşadığı Dəllər qəsəbəsindəki evin hamam otağında vannada yuyunan zaman qıcolma nəticəsində boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.