Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şəmkir, 30 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC
Şəmkirdə şahmat turniri keçirilir.
Qazax–Tovuz Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, sabah yekunlaşacaq turnir Təhsil Respublika İdman Mərkəzinin Şəmkir şəhəri Uşaq-Gənclər İdman-Şahmat Məktəbində reallaşır.
Şahmat üzrə 8, 10, 12, 14 və 16 yaş qrupları üzrə oğlan və qızlar arasında Azərbaycan çempionatının seçmə yarışlarının zona mərhələsində Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonların şahmat komandaları iştirak edir. Hər bir komandada 10 nəfər olmaqla, ümumilikdə, 50 yeniyetmə şahmatçı zəkasını yoxlayır.
Regional seçmə mərhələdə hər yaş qrupunda ilk 2 yeri tutan oğlan və qızlar Azərbaycan çempionatının final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.