Icma.az bildirir, Apa.az portalına istinadən. Şəmkirdə qohumunu güllələməkdə təqsirləndirilən Naib Həsənovun cinayət işi üzrə məhkəmənin yek
APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Naib Həsənova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə qaldırılmış cinayət işi Cinayət Məcəlləsinin 127.1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Şəmkir rayonunun Ağlavaşlı kəndində baş verib.
Kənd sakini 1978-ci il təvəllüdlü Mais Ələkbərov güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Araşdırmalar nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Naib Həsənov müəyyən olunub.
O, müvafiq sənədləri olan ov tüfəngi ilə birlikdə saxlanılaraq, istintaqa təhvil verilib.