Şəmkirdə yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi bilindi Ölən var YENİLƏNDİ

09.07.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Şəmkir rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, qəza zamanı sürücü 1992-ci il təvəllüdlü Anar Atakişizadə idarə etdiyi “KİA CERATO” markalı avtomobili aşırıb, nəticədə 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev ölüb.

Hadisə nəticəsində A. Atakişizadə ilə yanaşı rayon sakinləri Şiştəpə kənd sakinləri, 1993-cü Orxan Atakişiyev, eyni yaşda olan Cəmil İbadullayev Cəmil xəsarətlər alıblar.

Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Faktla bağlı araşdırma başlanılıb.

Məlumat üçün bildirək ki, qəza Şəmkir-Şiştəpə yolunda baş verib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью