Şəmkirdə yük maşını ağaca çırpıldı ölən var

17.01.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford Tranzit" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı 1982-ci il təvəllüdlü Ş.Quliyev hadisə yerində ölüb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью