Şəmkirdəki arxeoloji qazıntıların nəticələri təqdim edildi

03.09.2025

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəmkir şəhərində aparılan arxeoloji qazıntılar Azərbaycan tarixinin Orta əsrlər dövrünə dair dəyərli faktlar üzə çıxarıb.

Kulis.az xəbər verir ki, burada ilk araşdırmalara hələ XX əsrdən etibarən başlanıb. Qazıntıların əsas məqsədi şəhərin yaranma tarixi, inkişaf mərhələləri, mədəniyyət və təsərrüfat həyatını öyrənmək olub.

Aparılan qazıntılar zamanı zəngin arxeoloji materiallar: şəhərin qala divarları, müdafiə istehkamları, mis və gümüş sikkələr, bəzək əşyaları, müxtəlif formalı saxsı qablar, məişət əşyaları, məscid qalıqları və digər dini tikililər aşkar edilib.

Qeyd edək ki, artefaktlar aktlaşdırılaraq qoruğun fonduna təhvil verilib.

İrlandiyalı yazıçı Fələstin Hərəkatına dəstəyini davam etdirəcəyini açıqladı Gəncə Dövlət Filarmoniyasının ərazisində qanunsuz tikintilərin qarşısı alındı İngiltərədə sənət əsərinin xaricə satılmasının qarşısını almaq üçün fantastik məbləğ toplandı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью