“Şəmkir”in qolu sınan futbolçusunun son durumu açıqlanıb İdman və Biz

19.12.2024

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

II Liqada qolu sınan “Şəmkir”in futbolçusu Ümid Nağdəliyevin son durumu bəlli olub.

İdman.biz-in əldə etdiyi məlumata görə, yarımmüdafiəçi 4 həftəyədək meydandan kənar qalacaq.

Klubun baş məşqçisi Vüqar Nadirovun sözlərinə, Nağdəliyevin qolu bilək hissəsindən sınıb və ilkin yardımdan sonra həmin hissə gipsə qoyulub.

Qeyd edək ki, Ümid Nağdəliyev “Lerik”ə qarşı 13-cü turun oyununda zədələnib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью