Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. “Miss Azərbaijan 2019” Səmra Hüseynova açıqlaması ilə gündəmə gəlib.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, model müzakirə yaradan açıqlamanı qonaq olduğu “YouTube”da yayımlanan “AStar” layihəsində deyib.
Verilişin aparıcısı Ülvira Qarayevanın “Bir müddət əvvəl şaiyələr yayıldı ki, sən LGBT nümayəndəsisən.
Elədir?” sualına Səmra belə cavab verib: “Mən 5000 min manat LGBT ( lezbiyan, gey, biseksual və transgender sözlərinin birləşməsindən yaranmış bir abreviaturdur – red.) dəstək üçün pul almışdım.
Bütün dünyadan Cianni Versaçenin öldürüldüyü gün dünyada LGBT bayramıdır. Hər yay may ayında da onların bayramı keçirilir.
Atamdan soruşdum ki, oğlanla bir reklama çəkilsəm olar? O da cavab verdi ki, oğlanla yox. Bəs qızla?
Dedi ki, qızla nə istəyirsən get elə… Başa düşmür, həmdə qanımı bilir. Ana və ata öz övladını tanıdığı kimi heç kim tanımır.
Getdim qızla reklama çəkildim və onlara dəstək üçün yazdım ki, “LGBT love”.