Şəmşad Ağanın anası vəfat etdi KONKRET

28.01.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Arqument.az” saytının həbsdə olan baş redaktoru Şəmşad Ağanın anası bu gün vəfat edib.

KONKRET.az xəbər verir ki, onun vəkili Zibeydə Sadıqova müvəkkilinin anasının dəfn və yas mərasimində iştirak etmək üçün Penitensiar Xidmətə, Bakı Ağır Cinayətlər Məhkəməsinə, həmçinin Ombudsmana müraciət edib.

Hələ ki, vəsatətə baxılmayıb.

“Bakupost”un xəbərinə görə, Ş. Ağanın anası Parkinson xəstəliyindən əziyyət çəkirmiş.

Xatırladaq ki, ötən il oktyabrın 12-də Şəmşad Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi.

Qeyd edək ki, Şəmşad Ağanın işi hazırda məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.//“Qafqazinfo”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью