Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Meydan TV” işi üzrə hazırda həbsdə olan jurnalist Şəmşad Ağanın (Ağayevin) anasının dəfn mərasimində iştirakı etməsi ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.
Axar.az APA-ya istinadla xəbər verir ki, təqdimata Bakı Ağır Cinayətlər Məhkəməsində təqdimatla bağlı qərar qəbul edilib.
Məhkəmə təqdimatı təmin edib, Şəmşad Ağanın dəfn mərasimində iştirak etməsinə icazə verilib.
Qeyd edək ki, Şəmşad Ağanın anası dünən vəfat edib.
Xatırladaq ki, Şəmşad Ağa 2025-ci il fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.