Şəmsəddin Abbasov: “Hər açıqlamada hər nüansı qeyd etməli deyilik ki” | Icma.az
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avqustun 19-u üçün proqramın Çempionlar Liqasının pley-offunun “Fənərbaxça” - “Benfika” oyununu salan “CBC Sport” matçın startına az qalmış telekanaldan asılı olmayan texniki səbəblərə görə yayının mümkün olmayacağı ilə bağlı sosial şəbəkə üzərində bəyanat yaydı.
Həmin texniki səbəblərin nədən ibarət olduğunu “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovdan soruşduq: “Fənərbaxça”nın oyunu ilə bağlı texniki problem oldu.
Bəyanatda yazmışıq ki, bizdən aslı olmayan səbəblər. Mən başqa nə yazım? Bizdən aslı olmayan səbəblər olduğunu qeyd etmişik.
Siqnal ötürməsi yanıb, dəyişə bilməyiblər. Dedilər ki, çatdıra bilməyəcəyik, göndərmək alınmayacaq. Məsələ budu.
Hər açıqlamada hər nüansı qeyd etməli deyilik ki. Bildiyimə görə, başqa yayınçı kanallarda da belə problemlər yarandı”.
Daha bir maraqlı xəbər odu ki, “Ferentsvaroş”la səfər oyunu üçün Budapeştə çarter reysi ilə uçan “Qarabağ” təyyarənin salonunda yayınçı kanalın, yəni “CBC Sport”un şərhçisi Süleyman Vəliyevə yer ayırmayıb.
Bunun səbəbini kanalın Şərhçilər departamentinin rəhbəri Gündüz Abbaszadədən soruşsaq da, nədənsə gün ərzində sualımıza cavab verməyə vaxt tapmadı.MÜZƏFFƏR QULUZADƏ Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu