Şəmsi Səmədzadə azadlığa buraxıldı

23.01.2025

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb.

“Qafqazinfo” Gununsesi.info-ya istinadən xəbər verir ki, Ş.Səmədzadə bir neçə gün əvvəl sərbəst buraxılıb.

O, sayta açıqlamasında həbsinin səbəbləri barədə danışmayıb: “Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur”.

Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə Prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью