Şəmsi Səmədzadə həbs olunub

08.12.2024

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Bir neçə il əvvəl Azərbaycan Prezidentin əfv sərəncamı ilə ömürlük azadlıqdan məhrumetmə cəzasından azad edilən keçmiş iş adamı Şəmsi Səmədzadədən yeni xəbər var.
Reyting.az
-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, bir müddət əvvəl Özbəkistana köçən Şəmsi Səmədzadə orada həbs olunub.
Onun həbsinə səbəb isə dələduzluq cinayətində ittiham olunmasıdır.
Xatırladaq ki, Şəmsi Səmədzadə bir müddət bundan əvvəl sosial şəbəkələrdə intim görüntüləri ilə gündəmə gəlmişdir. Məhz bu görüntülər yayılandan sonra o, Özbəkistana köçüb.

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью