Sən bizimsən, bizimsən durduqca bədəndə can! Günün şeiri

28.05.2025

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az "Günün şeiri" layihəsindən Əmin Abid Gültəkinin şeirini təqdim edir.

Can Azərbaycan
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Evet gönüllər coşdu bir sevincin gücüylə
İstiqlal sevinciylə, istiqlal sevinciylə...
İstiqlal, o yaşayan millətin qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.
İstiqlal, o sönməyən müəbbəd bir məşalə
Könüllərdə tutuşur, gözlərdə sönsə belə!
İstiqlal, o vətənin göğsünden yüksələn ay.
İstiqlal, o sümüktən, qandan yapılmış saray.
İstiqlal, o millətin parçalanan bağrından
Gəlinlərin, qızların, axan göz yaşlarından
Doğmuş pek mübarək, pek müqəddəs bir “İlah”dır,
Hansı bir erkek onu düşmənlərə qaptırır?
Anaların saçından ördüğü bir bayrağı
Hansı erkek çıxıb edəcək baş aşağı?!
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa! Yaşa! Çox yaşa, ey şanlı Azərbaycan!
28 May 1919

Bəstəkarımız beynəlxalq layihədə Tarantinonun filmləri kitaba çevrilir Sədaqət - Pərvanə Əliqızının hekayəsi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью