Sən canlısan, dirisən sevgi sənə yaraşır Leyla Əliyevanın şeiri

25.11.2025

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Baba Vəziroğlunun tərcüməsində Leyla Əliyevanın "Sevgiyə inan" şeirini təqdim edir.

Axi bizə nə oldu – kimlər aldatdı bizi?
Unutduq xoşbəxtliyə, sevgiyə inanmağı.
Qəlbimizi gizləyib, yumub gözlərimizi –
Necə öyrənə bildik eşqimizi danmağı?!

Ayırıb insanları, böldülər neçə yerə,
Sındırdılar bizləri, parça-parça etdilər.
Bu fani dünya qaldı riyakar-hərislərə,
Həqiqət axtaranlar, görən, hara getdilər?!

“Həqiqətdən utanın, yalan qoy ayaq açsın!” –
Kimlər söylədi bizə – saxta qürur yaxşıdı.
Uyun boş xəyallara, qoy başınız qarışsın,
Bilməyin sevgidədir elə dünyanın dadı.

Ürəyimiz istəklər, arzular məzarlığı,
Hara getdi o məsum uşaqlıq xəyalları?
Daha titrətmir bizi sübh çağı, qürub çağı,
Gözümüzə tor salıb gidi dünyanın varı.

Dayan, nəfəsini dər, bir ayaq saxla, dayan,
Sən gedirsən – görmürsən, ölüm arxanca qaçır.
Boylan, göy üzünə bax, bəlkə, yatmısan, oyan –
Sən canlısan, dirisən – sevgi sənə yaraşır.

Hərdən Tanrıyla danış, o anı da dayandır,
Qəm-qüssəyə, şübhəyə günlər nə qədər gedir.
Özünü həqiqətə, məhəbbətə inandır –
Sevgi yoxsa ürəkdə, ömrümüz hədər gedir.

Elə bil əllərim yox olub mənim... - Günün şeiri Kamran Həsənov: "Mediada xarici sözlərin yersiz işlədilməsi gənclərin mənfi təsir edir" Müşfiqin varisi: "Dilbər xanımı ikinci dəfə evləndiyi üçün qınayanlar bilsin ki..." - Müsahibə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью