Sən də Allah kimisən... Sevinc Yunuslu

05.08.2026

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Sevinc Yunuslunun "Macarıstan məktubları..." şeirini təqdim edir.


Mən sənə qədər elə bilirdim
bu dünyada insan yoxdu...
Məhəmməd var, İsa var...
minlərlə kilsə var bu yer üzündə
Tanrı yoxdu, din yoxdu...
Mən sənə qədər elə bilirdim
ölüm yoxdu...
İtirmək elə ölüm qorxusuymuş
demə..
Sevdim, ölümü anladım..
Ərik ağacının üstündə əsən
bağbanın çiçək ehtiyacı,
Somalidə bir uşağın çörək ehtiyacı,
su ehtiyacı oldun..
Mən səni bir türk qızı tək sevdim,
Qaradəniz sahillərindən,
Kumık boyundan,
Monqol çölündən,
İsık-kul gölündən gəlmiş
üstü zirehli bir türk qızı tək.
Kuşan-Kuşan, Oğuz-Oğuz, Hun -Hun,
savaş - savaş, çöl - çöl, qum-qum..
Mən sənə qədər elə bilirdim
bu dünyada insan yoxdu,
Məlikməmməd yox, divlər var...
Adamların uçurduğu
ömürlər,
üstü dağılmış evlər var...
Dodaqlarım qaçsa gülüş bilirdim.
Mən hər gəlişin sonunu
şahmat taxtasında gediş bilirdim.
Gedişsiz də olurmuş ayrılıqlar,
silahsız da, atsız da..
adsız da..
Niyə Mikalencelonun əsərlərində
çaylar tərsinə axır?
Xocalıya Allah hardan baxır orda? -
Söylərsənmi...
Sən buludsuz göylərsənmi?..
Mən sənə qədər elə bilirdim
bu dünyada insan yoxdu,
Məhəmməd yox, İsa yoxdu,
Sən də Allah kimisən -
Səndən başqa kimsə yoxdu...

Vağzal oğrusu necə Moskvanın ən çox oxunan yazıçısı oldu? - Rusiyanı fəth edən azərbaycanlı haqqında Ariana Qrandeyə kiberhücum - Yayımlanmamış 45 mahnısı satıldı Səməd Vurğunun 120 illiyinə elektron məlumat bazası hazırlandı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью