Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun İqlim və Ətraf Mühit Dəyişiklikləri Laboratoriyasının elmi əməkdaşı Anna Kozacek danışıb.
Buzlaqlar müxtəlif rənglərdə görünə bilər – onların çalarları çəhrayıdan mavi və yaşıl rəngə qədər dəyişir. Bu səbəbdən onlar Arktika və Antarktikaya səyahət edən turistlərin tez-tez fotoşəkil çəkdirdikləri məkanlara çevrilirlər. Tədqiqatçılar həmçinin qeyd edirlər ki, buzlaqlar "oxumağa" bənzər müxtəlif səslər çıxarır.
"Buzlağın rəngi, o cümlədən, işıqlandırmadan və ona hansı bucaq altında baxmağımızdan asılıdır. Buzun çıxardığı səslər isə onun hərəkəti və temperatur şəraiti ilə əlaqəlidir. Temperatur yüksək olduqda buz daha plastik şəkildə deformasiyaya uğrayır, aşağı temperaturda isə plastikliyi azalır", – Kozacek bildirib.
Qlasiooloqun sözlərinə görə, oxşar prosesi qışda təzə yağan qarın üzərində yeriyərkən də müşahidə etmək mümkündür. Şiddətli şaxtada qar dənəcikləri ayaqlarımızın altında qırılır və biz xarakterik xırıltı səsi eşidirik. Temperatur daha yüksək olduqda isə qar fərqli davranır və bu səs daha az eşidilir.
Həmidə İbrahimova