“Sən demə, Danimarka ABŞ yə əvvəllər ada satıbmış” Politoloqun şərhi...

28.01.2026

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ və Danimarka arasında Qrenlandiya ilə bağlı gərginlik davam etməkdədir.

Müxtəlif versiyaların səsləndiyi bir vaxtda Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, ölkəsi ABŞ ilə Qrenlandiyanın müdafiəsinə dair 1951-ci il müqaviləsinin yenidən nəzərdən keçirilməsini müzakirə etməyə hazırdır, lakin adanın suverenliyinin başqa tərəfə verilməsi ehtimalını istisna edir.

Bu barədə Gununsesi.info-ya politoloq Turan Rzayev danışıb.

O bildirib ki, əslində, ABŞ-nin Qrenlandiyanı Danimarkadan pul müqabilində almaq istəməsi ilk belə hadisə deyi. Daha dəqiq, Tramp bu qərara birdən-birə gəlməyib.

Maraqlıdır, bəs bu necə olub?

“Məsələ budur ki, Danimarkanın ABŞ-yə ada satmaq təvcrübəsi var”, – deyə politoloq bildirib.

O, həmçinin deyib:

“1917-ci ildə Danimarka Vest-Hind adalarını ABŞ-yə 25 milyon dollarlıq qızıl qarşılığında satıb. Danimarka həmin adaları 17-ci əsrin sonlarında, Karib dənizində şəkər plantasiyaları qurmaq və Avropa ticarət şəbəkəsinə qoşulmaq məqsədilə ələ keçirmişdi. Adalar o vaxtdan 1917-ci ilə qədər, yəni təxminən 246 il Danimarkanın koloniyası statusunda qalmışdı”.

Siyasi şərhçi bildirir ki, ABŞ həmin məntiqlə Qrenlandiyanı almaq istəyir:

“ABŞ indi bu məntiqlə Qrenlandiyanı da Vest-Hind adaları kimi almaq istəyir. Lakin baş verənlərin eyni formada təkrarlanması ehtimalı aşağıdır. Çünki niyyət eyni olsa da, şərtlər və beynəlxalq vəziyyət tamamilə fərqlidir. Əsas fərq ondadır ki, həmin dövrdə Danimarka adaları itirməkdən qorxmurdu, əksinə, onlardan qurtulmaq istəyirdi. ABŞ isə almağa tələsirdi. 1916-cı ildə ABŞ-nin 25 milyon dollarlıq qızıl təklifi Danimarka üçün sadəcə maliyyə qazancı deyildi, həm də uzunmüddətli riskdən sığortalanma idi. Qrenlandiyanın dəyəri isə ildən-ilə artır. Ada ətrafında gedən geosiyasi olaylar Kopenhageni narahat etmədiyi kimi, əksinə, manevr imkanı yaradır”.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью