Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Ermənistanda baş verən son hadisələr geniş müzakirə mövzusudur.
Tarix boyu Azərrbaycan mahnılarından bəhrələnənlər indi bir mahnının şokundan hələ də özlərinə gələ bilməyiblər.
Azərbaycanın folklor nümunələrini oğurlayan toplum zaman-zaman onları erməni xalqının sənət nümunəsi kimi təqdim edib.
İndi isə İrəvanda “Qarabağ” mahnısının səsləndirilməsi ermənilərin “çestinə” dəyib. Bəs bunun səbəbi nədir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, bu onlar özlərini ari irqə mənsub xalq hesab edirlər: “Elə bilirlər ki, regionda ən yaxşı folklor nümunələri onlara məxsusdur.
Amma hər kəsə bəllidir ki, onlar azərbaycanlılıarın və türklərin folklorunu oğurlayıb və özününküləşdirblər.
Azərbaycan mahnılarından geniş istifadə edən, musuqilərimizə sahib çıxmağa çalışan ermənilər hətta adlarımıza da yiyələniblər.
Onların adlarına və soyadlarına diqqət etsəniz, bütün bunlar aydın olar.