Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Mərhum bəstəkar Ələkbər Tağıyevin oğlu Xaliq Tağıyev atasının məşhur “Sən gəlməz oldun” mahnısının qazancından danışıb.
Axşam.az xəbər verir ki, “Astar” yutub layihəsinə danışan X.Tağıyev mahnının qısa müddətdə ailəyə 1 milyon dollara yaxın gəlir gətirdiyini bildirib. O, atasının vaxtilə dediyi sözləri də xatırladıb:
“Atam deyirdi ki, mən olmayacağam, amma mənim hesabıma yaşayacaqsınız. Doğrudan da, bu gün mən atamın hesabına yaşayıram. Onun mahnılarının qonorarını mən alıram. “Sən gəlməz oldun” mahnısı qısa müddətdə 1 milyon dollardan çox pul gətirib. Hətta vergimi də qaydasında ödəmişəm.
Türkiyədə şirkətlə müqaviləm var, pullar orada yığılır. 20 faiz dövlətə vergi ödəyirəm. 10 faiz Bakıda, 10 faiz Türkiyədə. İldə dörd dəfə pul götürürəm”.