Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
18 avqust şair, yazıçı, kinodramaturq İlqar Fəhminin doğum günüdür.
Kulis.az bu münasibətlə şairi təbrik edir və onun "Olmadım" şeirini təqdim edir.
Ömür gedir oyun kimi
Keçir ələkdən un kimi
qəfil gələn qurşun kimi
Doqquz qram da olmadım.
Əgər fələk qoyubsa mat
Gözünü açma, durma, yat
Qırıq-qırıq keçir həyat
Heyif ki, tam da olmadım.
Günəş kimi alışsam da
Axırda şam da olmadım.
Sən məni Allah bilirdin
Mən heç adam da olmadım.
“Romeo və Cülyetta” əsəri qeyri-adi quruluşda... Türkləri və yəhudləri qıranlar kimlərdir? Dilim Təbriz haraylar... - Gülbacı Nağdaliyevanın şeirləri