“Sən nə vaxt sənətkar oldun?” Vahid Əliyev Röyanı TƏNQİD ETDİ | Icma.az
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Lent.az-ın müsahibi Əməkdar artist Vahid Əliyevdir.
- Vahid müəllim, xəstəxanadan bir neçə gündür çıxmısız, özünüzü necə hiss edirsiz? - Pis deyiləm, şükür Allaha.
Haradasa 2 ay yarım xəstəxanada yatdım. Bu müddətdə iki dəfə ölümdən qayıtdım. Biri aprelin 4-ü, biri də mayın 14-də. Bəlğəm boğurdu məni.
Nəfəs ala bilmirdim. Axı, 2023-cü ildə açıq ürək əməliyyatı keçirmişəm. Bu il mart ayının əvvəlində qar yağanda çox soyuqladım.
Televiziyada verilişə çağırılıram. Xəstəxanadan çıxan kimi zəng elədilər, dedim, həkim icazə vermir.
Axı mən televiziyanı, teatrı yaxşı bilirəm. 1-ci sinifdən səhnədəyəm. - Necə? - Qonşumuz dram dərnəyinə gedirdi.
Bir gün dedim, məni də apar. 1 həftə sonra məni kluba çağırdı. Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri səhnələşdirilirdi.
O tamaşada oynadım və teatrla "xəstələndim" (gülür). Artıq 2-ci sinifdə məktəbdə teatr dərnəyi yaratdım.
Tam oxu
Xəbəri oxu