“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”

23.06.2026

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov “Futbol+”ə verdiyi müsahibədə hakimliyin indiki durumu ilə bağlı tənqidi fikirlər işlətmişdi.

Maraqlıdı ki, Məmmədovun müsahibəsi sabiq beynəlxalq dərəcəli hakim Anar Salmanovu da qıcıqlandırıb. Anar bəy “şərh” bölümündə bunları yazıb:

“Sən özün nə qədər evlər yıxmısan, Xaqani. Sən özün nə işlər görmüsən və kim olduğunu futbol ictimaiyyəti yaxşı bilir”.


Salmanov fikrini geniş izah etməsə də, çox güman, sabiq sədrin vaxtında beynəlxalq oyunların idarəçiliyindən uzaqlaşdırılmasını nəzərdə tutur.
ORXAN
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью