Sən VƏTƏN oldun, NURLAN... | Icma.az
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Şəkildə gördüyünüz bu gənc 2002-ci ildə doğlub. 18 yaşı var.
Min ol sonra da 18 yaşı olacaq. Onu bütün Azərbaycan tanıyır.
Nurlan Ağakişiyevdir, yəqin siz də tanıdınız… Şəhid Nurlan… Şəhid olmaq, torpaqla göy arasında görünməz bir sənədə imza atmaq deməkdir… Nurlan adını deyəndə sanki bir işıq keçir könüllərdən.
O, gömgöy səmadır… Şəhid olmaq, bir ömrü Vətənə ömürlük əmanət etməkdir. Biri anadan doğular, Biri Azərbaycan üçün əbədi doğular.
Nurlan da beləcə doğuldu, İlk dəfə ana qucağına, Son dəfə Vətən qucağına … Nurlan Azərbaycanın varlığıdır, Onun ŞƏHİDliyi bir gəncin gələcəyə yazdığı məktubdur.
Məktubun üstündəki yazıya bax, “Vətənin əbədiyyəti üçün canımdan keçdim”.
Nurlan bir ananın ümidi, duası, bir bacının güvən yeri idi, Nurlan bir qızın gələcəyi, xəyalındakı uşaqlarının atası idi… Bir ana var… Yuxusuna haram qatdı, yatmadı, süd verdi, oğul böyütdü, Ümidlərini, dualarını qurban elədi… O ana indi başını dik tutur, Çünki Nurlan bir millətin övladıdır!
Bir bacı var… Gözlərini qardaşına oxşadır, Onun gözündə Nurlan daha böyük güvəndir, qaladır… Bir qız var… Nurlanı unutmayacaq, Onun gözləri ilə yaşayacaq… Bir ananın ümidi, duası, bir bacının güvəni, bir qızın gələcəyi, xəyalındakı uşaqlarının atası ŞƏHİD oldu… Ümid ŞƏHİD oldu, dua ŞƏHİD oldu, gələcək ŞƏHİD oldu, Vətən yaşadı… Bir xalq o ümidi, duanı, güvəni, gələcəyi Azərbaycan bayrağına büküb göylərə ucaltdı.
Tam oxu
Xəbəri oxu