Sən xəstəsən! Tramp jurnalistə əsəbiləşdi

30.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. 

Bakıvaxtı.az xəbər verir ki, Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib.

"Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir", - deyə Amerika lideri müxbirə müraciət edərək bildirib.

ABŞ prezidenti qeyd edib ki, jurnalist iki həftədir onu müşayiət edir və bu müddət ərzində siyasətçinin özünü "əla" hiss etdiyini görə bilib.

"Özümü əla hiss edirəm, sən çox pis görünürsən. Bu nə iyrənc sualdır", - Tramp deyib.

Ötən həftə 80 yaşlı Amerika prezidenti özünü qoca hesab etmədiyini bildirib.

Tramp artıq üç idrak testindən uğurla keçdiyini bildirib. O, hesab edir ki, istənilən prezidentliyə namizəd oxşar testlərdən keçməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью