Sənan Niyazov rəis əvəzi təyin olundu

09.12.2025

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinə rəis əvəzi təyin olunub.

Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin əmri ilə hissə rəisi vəzifələrinin müvəqqəti icrası Sənan Niyazova həvalə olunub.

Qeyd edək ki, bu ilin əvvəlində Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik-leytenant Vüsal Yolçiyev vəzifəsindən azad olunaraq, Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью