Senat Marko Rubionu dövlət katibi vəzifəsinə təsdiqləyib AZƏRTAC

21.01.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Vaşinqton, 21 yanvar, AZƏRTAC

ABŞ Senatı Marko Rubionu dövlət katibi vəzifəsinə təsdiqləyib.

AZƏRTAC-ın məlumatına görə, səsvermə Donald Trampın prezident kimi and içməsindən bir neçə saat sonra keçirilib. Səsvermə zamanı 99 yekdil səslə Marko Rubio yeni administrasiyanın Nazirlər Kabinetinin ilk yüksək səviyyəli rəsmisi olub.

Marko Rubio 2011-ci ildən Respublikaçılar Partiyasının Florida ştatından olan senatoru kimi fəaliyyət göstərir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью