Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Senatında Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmağı nəzərdə tutan qanun layihəsi qəbul edilməyib.
Banco.az xəbər verir ki, Senatda keçirilən səsvermədə sənədin əleyhinə 51, lehinə isə 48 senator səs verib. Beləliklə, respublikaçılar qanun layihəsinin qəbul edilməsinə yenidən mane olublar.
Sənəd Tramp administrasiyasını İrana qarşı hərbi əməliyyatları və hücumları dayandırmağa çağırırdı.
Qanun layihəsini dəstəkləyən üç respublikaçı senator – Syuzan Kollins, Liza Murkovski və Rend Pol partiyalarının mövqeyindən fərqli səs veriblər. Demokratlar arasında isə yalnız Con Fetterman sənədin əleyhinə çıxış edib.
Qeyd edək ki, bu, noyabrın 3-də keçirilən aralıq konqres seçkilərindən sonra İranla bağlı Senata təqdim edilən ilk belə qətnamə olub.
Bundan əvvəl, sentyabrın ortalarında müharibə səlahiyyətləri ilə bağlı oxşar qanun layihəsi ABŞ Nümayəndələr Palatasında 220 əleyhinə, 204 lehinə səslə qəbul edilmişdi.