Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.
AzVision.az xəbər verir ki, ABŞ Konqresinin yuxarı palatasında səsvermə proseduru “C-SPAN” telekanalında yayımlanıb.
Qanun layihəsini 50 senator dəstəkləyib, əleyhinə də eyni sayda səs verilib. Yuxarı palata bərabər bölündüyü üçün vitse-prezident Cey Di Vens səsvermə hüququndan istifadə edib. ABŞ Konstitusiyasına görə, o, Senatda sədrlik edir. Beləliklə də, Donald Trampın əleyhdarlarının təşəbbüsü keçməyib.
Tramp: “Venesuelanı əvvəlcə sağaltmaq lazımdır” Daha əvvəl bu qətnaməni konstitusiyaya zidd adlandıran Amerika lideri bildirmişdi ki, Respublikaçılar partiyası sənəd üzərində işi davam etdirmək üçün “demokratlarla bərabər səs verən respublikaçı senatorlara görə utanmalıdır”. Senat birgə qətnamə üzərində işin davam etdirilməsi üçün yanvarın 8-də qərar çıxarmışdı.
Xatırladaq ki, yanvarın 3-də Donal Trampın Karakasda hərbi əməliyyat elan etməsindən sonra Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı ABŞ qüvvələri tərəfindən ələ keçirilib. Yanvarın 5-də onlar Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəmə qarşısına çıxarılıblar. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakda ittiham olunurlar. Maduro və həyat yoldaşı özlərini təqsirli bilməyiblər.
Maduronun hakimiyyəti dövründə icraçı vitse-prezident vəzifəsində çalışmış Delsi Rodriqes hazırda Venesuelada dövlət başçısı səlahiyyətlərini icra edir. Tramp isə ABŞ-nin Venesuelaya müvəqqəti nəzarəti öz üzərinə götürəcəyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Qanun layihəsini 50 senator dəstəkləyib, əleyhinə də eyni sayda səs verilib. Yuxarı palata bərabər bölündüyü üçün vitse-prezident Cey Di Vens səsvermə hüququndan istifadə edib. ABŞ Konstitusiyasına görə, o, Senatda sədrlik edir. Beləliklə də, Donald Trampın əleyhdarlarının təşəbbüsü keçməyib.