Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qorxuram ki, İrandan qoşunları çıxarmalı olaq".
“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ-nin demokrat senatoru Riçard Blumental bildirib.
O qeyd edib ki, administrasiyanın prioritetlərinin nə olduğu hələ də mənə aydın deyil: “Bura İranın nüvə imkanlarını, sadəcə raketlərini məhv etmək, rejim dəyişikliyi və ya terrorçu fəaliyyətinin dayandırılmasının daxil olub-olmadığı aydın deyil".
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücum edir, dağıntılara və insan tələfatına səbəb olur. Buna cavab olaraq İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib. İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneyi və digər yüksək vəzifəli şəxslər də İsrail-Amerika hücumunda öldürülüblər.
Martın 2-də “Hizbullah” da İsrailə qarşı müharibəyə qoşulub. İsrail “Hizbullah”a qarşı hücumun başladığını elan edib və Livanın cənubuna daxil olub.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin