Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ hakimiyyəti üçün növbəti vəzifə Kubadakı vəziyyəti dəyişdirmək olacaq.
Reyting.az xəbər verir ki, bunu senator Lindsi Qrem “Fox News”ə deyib.
“Növbəti Kubadır. Onların rejimi çökəcək. Onların günləri sayılıdır. İran rejimi çökmək üzrədir. Gəminin kapitanı ayətullah ölüb”, - deyə senator Qrem bildirib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Kuba üzərində fövqəladə vəziyyət elan edib və Kuba rejiminə neft tədarük edən ölkələrə tarif tətbiq etməklə hədələyib.
Trampın iddiasıan görə, Kuba hökuməti öz ərazisində hərbi və kəşfiyyat obyektlərini yerləşdirməklə “çoxsaylı düşmən ölkələrlə əməkdaşlıq edir”.
E. KAMAL