Senator Rusiyaya qarşı sanksiyalar tətbiq etmək təklifini verib

02.06.2025

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ senatoru Lindsey Graham (Rusiya Federasiyasında terrorçu və ekstremist siyahısındadır) iyunun 15-dən 17-dək Kanadada keçiriləcək G7 sammitinə qədər Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün təkan vermək niyyətində olduğunu bildirib.

Graham bildirib ki, məhdudiyyətlər Rusiyanın enerji resurslarını almağa davam edən ölkələrə təsir edəcək. "Böyük Yeddiliyin sammitində biz ümid edirik ki, Avropa ilə koordinasiyalı şəkildə sanksiyalar tətbiq olunacaq", - senator bildirib (Bloomberg-dən sitat gətirir).

Xatırladaq ki, qanun layihəsi Rusiyadan neft və uran alan ölkələrdən idxala 500 faiz rüsumun tətbiqini nəzərdə tutur.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью