Senator: Sülh razılaşması ABŞ nin milli təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyır

08.08.2025

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Ermənistan və Azərbaycan arasında sülh razılaşması ABŞ-nin milli təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyır.

Bu bəyanatı ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, senator Stiv Deyns “77 WABC” radioya müsahibəsində bildirib.

Senator “Zəngəzur dəhlizi”nin geosiyasi əhəmiyyətini vurğulayıb: “Bu dəhliz vasitəsilə Mərkəzi Asiyanın beş ölkəsi Rusiya və Çin əvəzinə Avropa və Qərbə doğru daha çox istiqamət götürmək ərəfəsindədir. Bu, kritik və vacib bir məqamdır”.

Amerikalı senator vurğulayıb ki, bu proses Rusiya və İranı narahat edir: “Bu, təkcə Birləşmiş Ştatlar üçün deyil, Qərb üçün də bəzi mühüm dividendlər qazandıra biləcək başqa bir “İbrahim Razılaşmaları”na bənzəyir. Təbii ki, Rusiya və İran bundan məmnun deyil”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью