Senatordan sərt açıqlama: Bu savaşı itiririk

03.04.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin demokrat senatoru Kris Murfi ölkəsinin Yaxın Şərqdə İrana qarşı həyata keçirdiyi hücumlara etiraz edib. 

O, “Biz bu müharibəni uduzuruq” ifadəsini işlədib.

"Cebheinfo.az" xəbər verir ki, senator Murfi ABŞ Prezidenti Donald Trampın bu həftə Ağ Evdə İranla bağlı cari vəziyyəti dəyərləndirdiyi “Xalqa müraciət” çıxışındakı fikirlərinə də reaksiya verib.

Çıxışın məzmununun “yalnız Trampın zehnində mövcud olan reallıqlara əsaslandığını” bildirən Murfi, ABŞ-nin İrana qarşı hücumları ilə bağlı “Biz bu müharibəni uduzuruq”,- deyə vurğulayıb.

Murfi qeyd edib ki, ABŞ İranın bütün raketlərini, pilotsuz uçuş aparatlarını və nüvə proqramını tamamilə məhv edə bilməz: 

“Əgər İran xüsusilə Hörmüz boğazını daimi nəzarət altına alsa, bölgədə müharibədən əvvəlkindən daha güclü mövqe nümayiş etdirər. Sahib olmadığımız milyardlarla dollar xərcləyirik və dünyanı qeyri-sabitləşdirən, bizi bacarıqsız göstərən bir müharibədə Amerika vətəndaşlarını itiririk”.

Murfi mart ayında verdiyi açıqlamada da ABŞ-nin İranla niyə müharibəyə girdiyinə dair “inandırıcı arqumentlər” görmədiklərini bildirərək belə demişdi: “İsrail bizə İranla nə vaxt müharibəyə başlayacağımızı deməməlidir. Bu, necə tərəfdaşlıqdır?”

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью