Bizim media saytına istinadən Icma.az xəbər verir.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) senator Lindsi Qrehemin ölümünün səbəblərinin araşdırılması üçün bütün zəruri resursları təqdim etdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə FTB-nin direktoru Keş Patel X sosial şəbəkəsində paylaşım edib.
Bildirilib ki, ilkin məlumata əsasən, senatorun ölümünə aterosklerotik ürək-damar xəstəliyinin yaratdığı aorta disseksiyası səbəb olub. Qeyd olunub ki, ölümün dəqiq səbəbi aparılacaq bütün zəruri ekspertizaların nəticələrindən sonra müəyyən ediləcək.
Qeyd edək ki, 71 yaşlı Lindsi Qrehemin iyulun 11-də vəfat edib.
Bizim.Media