Sənaya hava zərbəsi endirilib, yaralılar var

22.11.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Yəmənin paytaxtı Sənada yanacaq obyektinə endirilən hava zərbəsi nəticəsində 6 nəfər yaralanıb.

Bakıvaxtı.az  “Associated Press“ agentliyinə istinadən xəbər verir ki, hücum dövlət neft şirkətinə məxsus obyektə qarşı həyata keçirilib.

Husilərin nəzarətində olan Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, hava zərbəsi nəticəsində 6 işçi xəsarət alıb, şirkətin binasına ziyan dəyib.

Hücumu hansı tərəfin həyata keçirdiyi hələlik məlum deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью