Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 9 oktyabr, AZƏRTAC
2026-cı ilin yanvar-sentyabr aylarında sənaye sektorunda 51 milyard 178,1 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8 faiz az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə qeyri-neft-qaz sənayesində 16 milyard 558 milyon manatlıq məhsul istehsal olunub. Bu da ötən ilin analoji dövrünə nisbətən 5,4 faiz çoxdur.