Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 11 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında sənaye sektorunda 58 milyard 539,6 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7 faiz az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə qeyri-neft-qaz sənayesində 18 milyard 500,7 milyon manatlıq məhsul istehsal olunub.
Bu, ötən ilin analoji dövrünə nisbətən 4,8 faiz çoxdur.