Marja.az saytına istinadən Icma.az xəbər verir.
29 dekabr 2025-ci il tarixdə “Bakı Avtomobil Sənaye” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının keçiriləcək.
Marja xəbər verir ki, iclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Ümumi Yığıncağın gündəliyinin təsdiq olunması;
2. “Bakı Avtomobil Sənaye” ASC-nin 2024-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;
3. “Bakı Avtomobil Sənaye” ASC-nin fəaliyyətinin dəyərləndirilməsi və ya cəmiyyətin ləğv edilməsi barədə qərarın (Ləğvetmə komissiyası (və ya təsviyəçi) yaradılmaqla) qəbul edilməsi;
4. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;
5. Digər məsələlər. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əksi halda şəxsiyyəti müəyyən olunmadığı üçün iclasda iştirakı qeydə alınmayacaq.
İclasın Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 4, “Bakı Avtomobil Sənaye”ASC-nin inzibati binasında keçiriləcək.