Sənaye statistikası hesabatı

31.10.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ölkəmizdə statistik məlumatların keyfiyyətinin yüksəldilməsi, rəsmi statistika hesabatı formalarının beynəlxalq standartlara və müasir metodologiyalara uyğun təkmilləşdirilməsi müzakirə edilib. Bu barədə XQ-yə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı komitədə sənaye sahəsində fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə görüş keçirilib. Respondentlərin statistik hesabat yükünün azaldılması məqsədilə təşkil olunmuş görüşdə komitənin sənaye və tikinti statistikası şöbəsinin müdiri Elman Qasımzadə təqdimatla çıxış edərək sənaye statistikası üzrə hesabatlılığın hüquqi və metodoloji əsasları, məlumatların məxfiliyinin qorunması, hesabat formalarının doldurulması qaydaları və statistik məlumatların yayımı barədə məlumat verib.

Təqdimatda inzibati məlumatlardan istifadənin genişləndirilməsi, süni intellekt texnologiyalarının statistik proseslərdə tətbiqi üzrə nəzərdə tutulan istiqamətlər və qarşıda duran digər prioritetlər də diqqətə çatdırılıb.

Görüşün sonunda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью