Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb.
"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,66 ABŞ dolları və ya 2,5% artaraq 67,94 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66,28 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin