Şənbə günü hava necə olacaq? | Icma.az
Icma.az, Operativ MM saytına istinadən bildirir. Bakıda və Abşeron yarımadasında iyulun 12-də havanın yağmursuz olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq.
Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.
Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturugecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu