Şənbə günü yollar buz bağlayacaq PROQNOZ KONKRET

23.01.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda yanvarın 24-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 23-dən 24-nə keçən gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 5-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью