Şənbə üçün nəzm

29.08.2026

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Yenə ağlımdan keçdin,

gözləri şeir adam,

Dəyişdi abu-havam nəfəsi ətir adam.

Sevgi mi yağır göydən islanmısan

lap tamam?

İslanmaq da gözəldir,

götürmə çətir, adam.

Yenə yadıma düşdün

qaranlıq düşən kimi,

Yenə bir dilək tutdum

ulduz sürüşən kimi.

Bəxş etdiyin fərəhlə

qəlbim görüşən kimi

Hislərim dastan olur,

yerişi sətir adam.

Yenə xəyalın gəlib, gözlərimdə dincəlir.

Röyalar ərşə çıxır, görsə xəyalın gəlir.

Saatın əqrəbləri ömrümün bağrın dəlir.

Vüsalı məlhəm təki özünlə gətir, adam.

***

Səni unutmaq asan olardı

Birgə çərpələng uçurduğumuz

Küləklər olmasaydı.

Bir zamanlar məni bənzətdiyin

Çiçəklər olmasaydı.

Səni unutmaq asan olardı.

Sevgimizin şahidi

Günəş, Ay olmasaydı,

Təqvimdə fəsillərdən

Ən sevimli fəslin

Yay olmasaydı.

Bahardan sonra payız gəlsəydi,

Səni unutmağa nə vardı ki?!

Səhərlər Günəş doğmasaydı,

Axşamlar Ay çıxmasaydı

Səni unutmağa nə vardı ki?!

Küləklər əsməsəydi,

Çiçəklər bitməsəydi...

Səni unutmağa nə vardı ki?!

***

Gözlərimin buludlara dolmağı,

Yağışlara yağmağı öyrətdiyi

Günlərdə yazıram sənə.

Gözlərim çəkən yollarda

Səni gəzib azıram yenə.

Küləklərdən dilənirəm qoxunu.

Elə atmısan ki, zalım həsrətin oxunu.

Gündüzlərimdən günəşi,

gecələrimdən ayı

parçalayıb töküb yerə.

Dualarım da çatmır ulu göylərə

Ki görəydim səni barı bir kərə.

Xatirələr xatırlanıb şeir olur,

Gecələrim uzanıb ömür olur,

Darıxanların içdiyi su da zəhər olur.

Ağı deyir qəlb atışım,

Nakam ölən sevincimə, ümidimə.

Bu qosqoca təkliyimi

öldürtmək istəmirəm

səndən özgə birinə.

***

Soyuq yanvar küləyi

vərəqləyir təqvimi,

Xatirələr diksinir qəfil

qar nəfəsindən.

Hardasa qəm ulayır

tənha yalquzaq kimi.

Kədər məni tez tapır

ürəyimin səsindən.

Saçıma vaxtsız düşən o dənlərin hərəsi,

Sanki ayağım altda əzilən qar dənəsi.

Elə çoxdur ki sayı, yaraşmır heç bircəsi.

Bəxtimin yurd yeridir,

heyif qəhər küçəsi.

Mənə qışı sevdirən sən olmuşdun,

e adam.

Başıma ələdin sən, qarları aram-aram.

Axı səndən sonra mən qışdan

necə zövq alam?!

Ömrümün bahar çağı

sən gedəli qışa ram.

***

Olardımı unutmaq gözlərinin qarasın?

Baxışların rəngindən məhəbbət

yağırdı e.

Axı sən düzəltmişdin mənlə

eşqin arasın?

İndi yoxsan, həsrətin sevgindən

ağırdı e.

Həsrətin talan edir bu gənc

ömrümü mənim.

Dodağımdan gülüşü necə də qopardır e.

Zamansız sözün kəsir hüzurumun,

nəşəmin.

Saçlarımda bəxtimi necə də ağardır e.

Qəlbim olub həsrətlə eşqə

savaş meydanı,

Sənsiz mənim dözməyə gücüm,

qüvvətim hanı?

Gözlərimdən tökülür neçə

arzumun qanı.

Qan ağlayır gözlərim,

görmürəm ki dünyanı.

Aynur Haqverdi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью