Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Böyük ehtimalla Rusiya əleyhinə sanksiyalar məsələsi ABŞ lideri Donald Trampın, Rusiya Prezidenti Vladimir Putinin və Çin Sədri Si Cinpinin görüşü zamanı müzakirə olunmayacaq. Bu barədə yerli media Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatına istinadən məlumat yayıb. "Sanksiyalar üçtərəfli görüşdə, çətin ki, müzakirə olunsun", - o bildirib. Qeyd edək ki, noyabrın 18-19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü illik sammiti keçiriləcək. Tramp, Putin və Si Cinpinin görüşü noyabrın 19-da sammit çərçivəsində baş tutacaq.
XQ